Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib.
Musavat.com Report-a istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir:
"Hadisənin səbəbləri araşdırılır".
xxx
Krımın Canköy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə yanır.
Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat yayıb.
"Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər verirəm: Canköy vilayətinin Qalay (indiki Azov) kəndində rusların hərbi hissəsinə uğurlu zərbə endirilib. Partlayış səsləri bir saat ərzində eşidilirdi", - Çubarov bildirib.
O əlavə edib ki, zərbələr hərbi sursat anbarlarına dəyib.
Bundan başqa, Mayskoe kəndindəki yarımstansiyada da yanğın baş verib.