Krım körpüsünü dağıdacağıq! - SON DƏQİQƏ AÇIQLAMASI

“Krım körpüsü yaxın bir neçə ay ərzində dağıla bilər. Dağıntıya hazırlıq davam edir”.

Musavat.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Hamı uzaq məsafədən zərbələr və körpünün məhv edilməsi üzərində çalışır. Bütün bunlar hərtərəfli həll tələb edir. Hazırda iş gedir”, - deyə o bildirib.

Krım körpüsünün yaxın bir neçə ayda partladılacağı barədə verilən suala Ukrayna kəşfiyyatının rəhbəri “Şans var” cavabını verib.

Musavat.com

03.08.2024 15:21
1346