“Kiyev faşistləri...”
Musavat.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev Ukrayna ordusunun Krıma hücumunu şərh edərkən bildirib. Daha öncə Krım rəhbəri Sergey Aksyonov hücum nəticəsində 2 nəfərin öldüyünü, bir kommunal obyektin vurulduğunu vurğulayıb. Bildirilib ki, hücumu dəf etmək üçün HHM sistemləri fəaliyyətdədir. “Şot” kanalının məlumatına görə, Simferopol, Aluşta, Yalta və Yevpatoriyada, həmçinin Cankoy bölgəsində partlayış səsləri eşidilib. Sevastopolda dəniz nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.
4 kəndin qaytarılmasının isə siyasi-hərbi üstünlükləri də var: Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi: bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır; Azərbaycanın Qazax-Tavuş istiqamətində hərbi-strateji mövqeləri gücləndi: Ermənistanın “güclü” adlandırdıqları şimal müdafiə xətti faktiki olaraq ləğv olundu; Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi: alternativ yol inşa etmək məcburiyyətindədirlə. Və ən mühüm məqam Azərbaycan Qarabağın azad edilməsindən sonra sərhəd istiqamətində işğalda olan əraziləri nəzarətinə götürməyə nail oldu. Bu, perspektivdə anklavların, həmçinin, SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərin ən azı sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözləntisini də önə çıxarır.
Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti baş tutub. Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə keçirilib.
Sammitdə Türk elində Qərbi Azərbaycan motivli tədbirin keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edilib, İşğaldan azad edilən ərazilərə qayıdışla yanaşı, əcdadlarımızın qədim torpaqları olan Qərbi Azərbaycana da geri dönüşün təmin edilməsi məqsədilə bilavasitə dövlət başçısı tərəfindən əməli addımlar atıldığını bildirilib.
TVMusavat-ın bu gün saat 13:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı, tədqiqatçı alim Yasəmən Qaraqoyunlu ilə Qazaxın kəndləri, Zəngəzur dəhlizi, Qərbi Azərbaycana qayıdış mövzularını müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat