Ukrayna kəşfiyyatçıları Rusiya ərazisində xüsusi əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, əməliyyat çərçivəsində Kursk vilayətindəki dağ-mədən zənginləşdirmə kombinatı pilotsuz uçuş aparatları ilə vurulub. Nəticədə ərazidəki yanacaq çəni yanıb. Kursk vilayətinin qubernatoru Roman Starovoyt hadisəni təsdiqləyib. Onun sözlərinə görə, itki yoxdur.
Rusiya nüvə silahından yalnız mövcudluğuna təhdid yarandığı təqdirdə istifadə edəcək. Kremlin mətbuat katibi Dmitri Peskov Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində “Bilik. Birinci” marafonunda çıxış edərkən bildirib.
Peskov qeyd edib ki, nüvə müharibəsi son çarədir, “vida çarəsi”dir, ona görə də Qərbdə bununla bağlı bütün müzakirələr məsuliyyətsizdir. O, Qərbdə nüvə müharibəsi mövzusunun “müntəzəmləşdirilmə”sini son dərəcə təhlükəli adlandırıb.
Beynəlxalq Cinayət Məhkəməsi isə Ukraynadakı vəziyyət kontekstində Rusiya Hava Kosmik Qüvvələrinin uzaqmənzilli aviasiya komandiri Sergey Kobılaş və Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həbsinə orderlər verib. Məhkəmə onları hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edir.
İnstansiya iddia edir ki, Kobılaş və Sokolovun ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək Ukraynanın elektrik enerjisi infrastrukturuna həyata keçirdiyi raket hücumlarına görə məsuliyyət daşıdıqlarına dair ağlabatan əsaslar var. Moskva Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) Rusiya hərbi rəhbərlərinin həbsinə order verən qərarını tanımır.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı professor Qabil Hüseynlidir.
Youtube səhifəsinin ünvanı: