Kreml: Türkiyənin mövqeyi münasibətlərimizi korlamayacaq

İsveçrə sammitinin kommünikesini imzalayan Macarıstan, Serbiya və Türkiyənin mövqeyi onların Rusiya ilə münasibətlərini korlamayacaq.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Ukrayna ilə bağlı İsveçrə konfransının effektivliyi sıfıra bərabərdir:

“İsveçrədə keçirilən sammitdə bir çox ölkələr Ukrayna məsələsinin Rusiyasız müzakirə edilməsinin perspektivli olmamasından danışıb. Kremldə bu məsələ qeyd edilib”./Report

17.06.2024 19:13
892