Kremlin sözçüsü Dmitri Peskov Donald Trampın Moskvanın mərkəzinə zərbə vurmaqla bağlı hədələrinin ABŞ-dakı seçki kampaniyasının son mərhələsi ilə əlaqəli olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, ABŞ-da seçki kampaniyasının final mərhələsində “çox sayda emosional bəyanatlar səslənir”.
Trampın Putinlə olan söhbətində belə hədələrin olub-olmaması barədə suala cavab verərkən Peskov Kremlin yüksək səviyyədə aparılan danışıqların məzmununu açıqlamadığını vurğulayıb.
“Biz hələ də bu cür danışıqların ictimailəşməməsi ilə bağlı məsuliyyətli mövqeyi qoruyuruq,” – deyə
Rusiya prezidentinin mətbuat katibi bildirib.