Kremlin təbliğatçısı Marqarita Simonyan, Rusiya ordusunun niyə Ukrayna Ali Radasına zərbə endirmədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bu qərarın səbəbini binanın tarixi ilə əlaqələndirib.
"Bu, Ukrayna Ali Radasının binası deyil, Ukrayna SSR Ali Sovetinin binasıdır. Sovet memarı Vladimir Zabolotnı tərəfindən tikilib və o, bu işinə görə "Stalin mükafatı" alıb. Ona görə də bizim əlimiz özümüzünkünə qalxmaz," – deyə Simonyan mövqeyini izah edib.
Simonyanın açıqlaması, Rusiya ordusunun Ukraynadakı bəzi strateji hədəflərə hücumdan çəkinməsi ilə bağlı müzakirələr fonunda diqqət çəkib.