Kreml Rusiyanın İrandan PUA alması barədə xəbərlərə münasibət bildirib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İranın pilotsuz uçuş aparatları barədə yayılan informasiyanın yalan olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, D.Peskov jurnalistlərə açıqlamasında “Washington Post” qəzetinin Rusiyanın İranın pilotsuz döyüş aparatlarını alması barədə dərc etdiyi xəbəri “yalan” adlandırıb.

O deyib ki, “Washington Post” son zamanlar xeyli saxta məlumatlar dərc edir. İran-Rusiya münasibətlərinə toxunan Kremlin sözçüsü bu münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.

30.08.2022 15:06
942