Kreml: Rusiya da Ukraynada kasetli sursatlardan istifadə edəcək

Rusiya da Ukraynada kasetli sursatlardan istifadə edəcək.

"Report" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ukraynanın kaset sursatlarından istifadə etməsi Rusiyanı da adekvat tədbirlər görməyə vadar edir: "Hansı addımların atılmasını isə Müdafiə Nazirliyi müəyyənləşdirəcək".

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların tədarükünü təsdiqləyib.

12.07.2023 14:14
428