Kreml rəsmisindən şok etiraf: Sanksiyalar Rusiyaya xeyir verir

Rusiya baş nazirinin müavini Aleksey Overçuk sanksiyaların ölkə iqtisadiyyatına müsbət təsir etdiyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hazırda Rusiyanın iqtisadi artımı 4,1% təşkil edir və məhdudiyyətlərin aradan qaldırılması bu inkişafa mane ola bilər.

Overçukun bu açıqlaması Qərbin iqtisadi sanksiyalarının Moskva üçün dağıdıcı olduğu iddialarına zidd mövqe kimi qiymətləndirilir.

Musavat.com

28.03.2025 13:23
879