Kreml Putinin Azərbaycana səfərinin təfərrüatlarını AÇIQLADI

Kreml Vladimir Putinin Azərbaycana səfərinin təfərrüatlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində Prezident İlham Əliyevlə danışıqlar zamanı digər məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan nizamlanması da müzakirə olunacaq.

Açıqlamda qeyd olunub ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardımı davam etməyə hazırdır.

Əsas vəzifələr sülh müqaviləsinin imzalanması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin təşviqi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin blokunun açılmasıdır.

Daha sonra Putinin səfər proqramında bunlar var:

◾️Heydər Əliyevin məzarı önünə əklil qoyulması
◾️Putinin Zaqulba iqamətgahına gəlişi
◾️Birgə şəkil çəkdirmək
◾️Putin və İlham Əliyev arasında dar çərçivədə danışıqlar
◾️Azərbaycan Prezidenti ilə geniş tərkibdə danışıqlar
◾️Sənədlərin imzalanması
◾️“Ağ Şəhər” ərazisindən avtomobillə gəzinti
◾️Gülüstan sarayında İlham Əliyevin adından Putinin şərəfinə dövlət qəbulu

Musavat.com

18.08.2024 15:56
3230