Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə ən yüksək səviyyədə danışıqlar aparmağa hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, belə bir görüşdən əvvəl Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə olunmalıdır. O, Rusiyanın danışıqlar nümayəndə heyətinin artıq İstanbula yola düşdüyünü və bazar ertəsi səhər saatlarında Ukrayna tərəfi ilə ikinci raund görüşlərə hazır olacaqlarını bildirib.
Qeyd edək ki, 2 iyun tarixində İstanbulda Ukrayna və Rusiya arasında texniki razılaşmaların müzakirəsi nəzərdə tutulur. Bu müzakirələrin uğurla nəticələnəcəyi təqdirdə liderlərin iştirakı ilə yüksək səviyyəli sammitin keçirilməsi planlaşdırılır.
Musavat.com