Kreml HƏMAS-a çağırış etdi: “Onları azad edin”  

 

“Rusiya Fələstinin radikal HƏMAS hərəkatını bütün girovları dərhal azad etməyə çağırır”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib: “Bütün girovlar təcili və dərhal azad edilməlidir. Bu, bizim qəti mövqeyimizdir. Biz HƏMAS-ı bütün girovların azad edilməsini təmin etməyə çağırırıq”.

Qeyd edək ki, daha öncə İsrailin “i24News” telekanalı Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin HƏMAS girovları ilə görüşmək üçün yola çıxdığını bildirmişdi. O da qeyd olunmuşdu ki, saxlananların azad edilməsinə dair Qətərin vasitəçiliyi ilə Fələstin hərəkatı ilə keçirilən danışıqlar yekunlaşmaq üzrədir.

 

Nigar,
Musavat.com

24.10.2023 14:25
655