Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O xatırladıb ki, Paşinyan çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
“Bundan sonra Paşinyanın Rusiya hökuməti səviyyəsində çox intensiv təmasları planlaşdırılıb. Elə orada sənədlər paketi imzalanacaq”, - deyə Peskov bildirib.
Mənbə: RİA Novosti