Kreml: “Ermənistan və ABŞ-ın hərbi təlimlər keçirməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir”

“Ermənistan və ABŞ-ın birgə hərbi təlimlər keçirməsi regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin qeyd edib ki, Moskva Bakı və İrəvanla konstruktiv fəaliyyəti davam etdirir.

07.09.2023 16:01
501