Kreml: Durov Fransada müdafiəsi üçün zəruri olan hər şeyə malikdir

Kreml hesab edir ki, “Telegram” messencerinin yaradıcısı Pavel Durovun Fransada müdafiəsi üçün lazım olan hər şey var.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Durov Fransada müdafiə olunmaq üçün lazım olan hər şeyə malikdir, lakin onun məhkəmə prosesinin siyasi təqibə çevrilməməsi vacibdir", - o bildirib.

29.08.2024 14:13
205