Kreml: “Bakı və İrəvana sülh sazişi bağlamaq üçün səylər davam edir”

“Bakı və İrəvana sülh sazişi bağlamağa kömək etmək cəhdləri davam edir, bu, regionda vəziyyəti sabitləşdirmək üçün lazımdır”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edib: “Biz hələ onun nədən danışdığını dəqiq başa düşməliyik, erməni dostlarımızdan məlumat gözləyirik”.

26.10.2023 14:57
314