Kreml AÇIQLADI: "Yüksək səviyyəli görüşlər planlaşdırılır"

Rusiya, Azərbaycan və Ermənistan arasında təmaslar əsasən hərbi yolla aparılır, lakin daha yüksək səviyyədə görüşlər planlaşdırılır.

Musavat.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov konfrans zamanı deyib.

“Biz bu cür, o cümlədən ən yüksək səviyyədə təmasların mümkünlüyü barədə məlumat verəcəyik”, - deyə Peskov Qarabağdakı vəziyyəti həll etmək üçün ölkə prezidentləri arasında təmasların planlaşdırılıb-planlaşdırılmadığı sualına cavab verib.

Nigar,
Musavat.com

19.09.2023 19:12
1934