Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-la Ukrayna mövzusunda aparılan danışıqlara münasibət bildirib.
Musavat.com xəbər verir ki, Peskov bu işin ictimaiyyət qarşısında aparıla bilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, danışıqlarda bir sıra məsələlərdə tərəflərin mövqeləri üst-üstə düşür:
"Bu iş ictimaiyyət qarşısında aparıla bilməz, lakin müzakirə olunan mövzular arasında mövqelərimizin üst-üstə düşdüyü elementlər kifayət qədərdir", – deyə Peskov bildirib.
Ekspertlərə görə, bu açıqlama Moskva ilə Vaşinqton arasında gizli diplomatik kanalların yenidən işə düşdüyünə işarə edir və Ukrayna müharibəsində yeni mərhələnin başlanğıcını xəbər verə bilər.
Musavat.com