Kral və vəliəhd şahzadə nifaqda olduqları şahzadə Harrini təbrik ediblər

Britaniya kral ailəsinin üzvləri gözlənilmədən sükutu pozaraq şahzadə Harrini ad günü münasibətilə təbrik ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Beast” nəşri məlumat yayıb.

Bildirilir ki, əvvəlcə kral III Çarlz sosial mediada paylaşım edib: "Bu gün 40 yaşı tamam olan Sasseks hersoqunu təbrik edirəm!"

Krala kraliyyət ailəsində şahzadə Harrinin əsas rəqibləri sayılan şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton da qoşulub. "Sasseks hersoqunun 40 yaşını təbrik edirik!" – Onlar X sosail şəbəkəsinə post paylaşıblar.

III Çarlzın yaxın dostlarından biri “Daily Beast”ə bildirib ki, təbriklər təkcə sosial şəbəkə paylaşımları ilə məhdudlaşmayıb: kral Harri ilə telefonla da danışıb və çoxdan bəridir aralarındakı nifaqı yumşaltmaq üçün ona “seytun budağı” uzadıb.

“Daily Mail”dəki mənbə bildirib ki, şahzadə qardaşlar xeyli vaxtdır ki, əlaqə saxlamırlar.

Musavat.com

16.09.2024 12:42
383