Kral III Çarlzın səhhəti kəskin pisləşib

Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya Kralı III Çarlzın səhhəti son aylar xeyli pisləşib.

Bu barədə “Radar Online” portalı mənbələrə istinadən məlumat yayıb.

"Son aylar onun səhhəti xeyli pisləşib. Əsa sadəcə kral portreti üçün ənənəvi aksessuar deyil, zərurətə çevrilib", - nəşrin mənbəsi bildirib.

Böyük Britaniya kralının Norfolkdakı malikanəsinin ətrafında çətinliklə hərəkət etməyə başladığı, həmçinin xəstəlikdən ağrıları aradan qaldırmaq üçün spirtli içkilərdən istifadə etdiyi vurğulanır./Report

17.08.2025 09:27
623