Meqan Markl və şahzadə Harri kral ailəsinin nüfuzuna xələl gətirmək niyyətindədirlər. Lakin məlumata görə, belə bir addım onlara baha başa gələ bilər.
Musavat.com-un Oxu.az-a istinadən məlumatına görə, kral III Çarlz və taxt-tacın varisi şahzadə Uilyam boş oturmayacaqlar. Onlar cütlüyə ciddi cavab verməyə hazırdırlar.
Bildirilir ki, monarx yaxın vaxtlarda oğlu ilə təcili danışıqlar aparacaq. Atılacaq addımlar məhz bundan sonra aydınlaşacaq.