Britaniya kralı III Çarlzın Avstraliyaya səfəri qalmaqala çevrilib.
Musavat.com xarici mediaya istinadən bildirir ki, ölkənin bütün altı əyalətinin səlahiyyətliləri monarxla görüşməkdən qəti şəkildə imtina ediblər.
Avstraliyanın baş naziri Entoni Albaniz də Avstraliyanın respublikaya çevrilməsini dəstəkləyib. Səfər zamanı bir çox şəhərlərdə monarxizm əleyhinə mitinqlər keçirilib.
Çarlzın anası II Elizabetin dövründə monarxiya ilə bağlı vəziyyət nisbətən normal idi. Ancaq insanlar keçmiş şahzadə Çarlzın özünü əsasən mənfi hekayələrlə, o cümlədən korrupsiya ilə xatırlayırlar.
Afaq,
Musavat.com