Kral ailəsinin növbəti sirri -Elizabetin ruhi xəstə əmiqızları

“Crown” serialında tamaşaçılar kral ailəsinin daha az tanınan iki üzvü ilə tanış olmuşdular: (4cü mövsüm) Nerissa və Katherine Bowes-Lyon - kraliça Elizabethin əmisi qızları və Kraliça Ananın böyük qardaşı Con Bowes-Lyonun qızları. Bu iki qadın serialda göründükdən sonra Kraliçanın əmiuşağının ruhi xəstəxanada qalması ilə bağlı çoxlu maraq yaranıb.

Musavat.com Sfera.az-a istinadən kral ailəsinin növbəti maraqlı sirrini təqdim edir.

“The Crown” serialının 4-cü mövsümünün 4-cü bölümündən sonra Kraliça Elizabetin ruhi xəstə əmiuşaqları Nerissa və Katherine Bowes-Lyon medianın diqqət mərkəzinə düşüb.

Nerissa və Ketrin 1941-ci ilə qədər Şotlandiyada Bowes-Lyon ailəsinin evində yaşayıblar. 1987-ci il hesabatına görə, anası Fenella Bowes-Lyon onları İngiltərənin Redhill şəhərində daimi yerləşdirməyə qərar verib. O zaman müəssisənin adı Əqli qüsurlular üçün “Royal Earlswood Asylum” olub.

Bacılar “Royal Earlswood”a yerləşdiriləndə Nerissa 22, Ketrin isə 15 yaşında olub.


Ketrin və onun əmisi qızı Kraliça Elizabet 1926-cı ildə anadan olublar. Bir sənədli filmə görə, Nerissanın tibbi qeydlərində onun daim anlaşılmaz səslər çıxardığı və sadəcə bir neçə körpə sözləri deyə bildiyi yazılıb.


1963-cü ildən etibarən, İngilis kral şəcərəsi üzrə səlahiyyətli sayılan “Burke's Peerage”, Nerissa və Ketrini 1961-ci ildən bəri ölü olaraq qeyd edib.


Nerissa və Ketrinin “Royal Earlswood”da sığınacaqda olması ilə bağlı qalmaqallı kəşfdən sonra bacısı qızları Ledi Elizabeth Anson iddia edib ki, onların anası Fenella qəsdən qızlarının öldüyünü bildirməyib. Bunun əvəzinə Kraliça Elizabet isə Fenellanın “Burke Peerage” sənədlərini "düzgün və ya tamamilə" doldurmadığını, qızların səhvən ölü kimi qeyd edildiyini bildirib.

 

 

“Kraliçanın gizli əmiuşaqları” sənədli filmində 1960-cı illərdən sonra Nerissa və Ketrini ziyarət edən heç kimin qeydə alınmadığı iddia edilir.
Bacıların ad günləri kimi xüsusi günlərdə heç bir hədiyyə və ya kart almadıqları da iddia edilir. Lakin həm Ledi Elizabet Anson, həm də Bukingem Sarayına bağlı mənbələr bunu təkzib ediblər. Kralın adı açıqlanmayan bir yaxın sirdaşı 2011-ci ildə İngilis tabloid “Express”də dərc olunan açıqlamalarında:
 

"Kraliça bu proqramın hazırlanması fikrindən çox üzülüb, deyilənlər doğru deyil. Həm Katherine, həm də Nerissa müntəzəm olaraq ailələri tərəfindən ziyarət edilirdi, lakin heç biri danışa bilmirdi və həyatları boyu onların əqli yaşları dörd qalıb"-deyə bildirib anonim mənbə.




“Onlar ziyarətçiləri tanıya bilmirdilər və çox vaxt kiminlə olduqlarını öyrənməkdə çətinlik çəkirdilər. Həm də hər ikisi bu guya doğru sənədli filmdə deyilənlərin əksinə olaraq, xüsusilə Milad bayramında müntəzəm olaraq hədiyyələr alırdılar. Heç bir bacı hədiyyələrin kimdən olduğunu bilməslər də, həmişə gözəl hədiyyə almaqdan həzz alıblar”.

 



1986-cı ildə Nerissa Bowes-Lyonun ölümündən sonra ictimaiyyətə Bowes-Lyon əmiuşağılarının sağ olduğu və Royal Earlswood-da yaşadığı barədə məlumat verildi.


1986-cı ildə Nerissa Bowes-Lyonun ölümündən sonra ictimaiyyətə bacıların sağ olduğu və “Royal Earlswood”da yaşadığı barədə məlumat verilib.
İki kral ailə üzvünün bu şəkildə gizli yaşadığının kəşfi Bukingem Sarayı üçün qalmaqal olub. Bir sözçü o zaman Kraliçanın Nerissa və Ketrinin vəziyyətindən xəbərdar olduğunu, lakin bunun ailə məsələsi" olduğunu bildirib.

 

Ketrin 2014-cü ildə 87 yaşında vəfat edib.





Ketrin və Elizabet haqqında da bir çox sui-qəsd nəzəriyyələri var. Onlardan yalnız biri budur ki, Kraliça Elizabet kimi tanıdığımız şəxs əslində Ketrindir. Bu nəzəriyyə Kraliça Elizabet və Ketrinin 1926-cı ildə 10 həftə fərqlə doğulmasına əsaslanır. Kraliçanın valideynləri öz qızlarının ağır əqli qüsurla doğulduğunu başa düşərək, guya körpələrin yerini dəyişdiriblər.

19.10.2023 10:24
1528