Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərə qeyri-qanuni yolla daxil olaraq oradan nağd pul, tütün, energetik içki digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, araşdrımalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Xalıq Məmmədov cari ilin noyabr ayında şəhər ərazisində fəaliyyət göstərən 2 köşkə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.