Körpəsini taksidə qoyaraq qaçan ana tapıldı  

"Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə tərk edilən körpənin anasının şəxsiyyəti müəyyən edilib".

Bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Musavat.com-a açıqlamasında deyib.

DİN rəsmisinin sözlərinə görə körpəsini tərk edən ana şöbəyə dəvət edilib:
"Araşdırmalarla körpəni tərk edən ana — 1995-ci il təvəllüdlü qadın tapılaraq şöbəyə dəvət edilib. Hazırda hadisənin baş verməsi və təfərrüatları araşdırma predmetidir. Araşdırmalar davam etdirilir".

Xalidə Gəray
Musavat.com

11.12.2023 12:15
957