Körpəsi ilə tapılan qadın oğlan tərəfindən tərk edilibmiş: Qaldıqları kafe isə ancaq gecələr işləyir - VİDEO

24 yaşlı ana və 15 günlük körpəsinin baxımsız vəziyyətdə olması ilə bağlı 15 iyul tarixində Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinə telefon zəngi daxil olub.

Məsələ aidiyyəti qurumlarla birlikdə araşdırılıb, köməksiz vəziyyətdə qalan ana və uşaq polis və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə obyektdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qadın sözügedən ərazidə yaşamayıb, qidalanma məqsədilə obyektə gəlirmiş. Bildirilib ki, kafe sahibi qadın və uşaq çətin vəziyyətdə olduğu üçün onlara yardım göstərib.

"Bir uşaqla gəlmişdi, dedi ki, əkiz olublar, biri rəhmətə gedib. Əslən Naxçıvandan idi. Dedi ki, bir oğlanla birlikdə bura gəlib. Oğlan qızı burada atıb gedib", - hadisə şahidi deyib.

Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, uşaq müalicə prosesinin ardınca aidiyyəti üzrə körpələr evinə yerləşdiriləcək.

Ətraflı Baku TV-nin süjetində:

17.07.2024 00:51
961