Körpə uşağını zibilliyə atan ana ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Sabunçuda qandonduran hadisə baş verib.

Ana balasını öz əlləri ilə zibiliyə atıb. Qadın insanların uşağın varlığından xəbər tutmasını görənə qədər ərazidə qalıb.

Daha sonra 10-15 günlük körpəsini ölümə tərk edən qadın sürətlə həmin ərazidən uzaqlaşıb.

Sabunçuda baş verən həmin anlar yaxınlıqda olan tikiş fabrikinin kamerasına tuş gəlib. Son anda xilas edilən uşaq ərazi üzrə xidmət aparan polis əməkdaşlarına təhvil verilib. Körpə polis əməkdaşları tərəfindən dərhal 1 saylı körpələr evinə çatdırılır.

Vəziyyəti ağır olan uşaq daha sonra TƏBİB-in tabeliyindəki Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Anar Qafarov bildirib ki, dünən hadisə baş verdikdən sonra polis əməkdaşları uşağın anasının axtarışlarına başlayıblar. O da bildirilib ki, köprəsini zibil yeşiyinə atan şəxsin Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 31 yaşlı Səbinə Qasımova olduğu müəyyən edilib.

Ata və ana artıq Polis tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

19.07.2023 11:40
1429