Küveyt, Bəhreyn, Oman və İraq OPEC+ sazişində iştirak edən ölkələrin neft hasilatını azaltmaq qərarını dəstəkləyiblər.
Bu barədə “Report” KUNA dövlət xəbər agentliyinə istinadən məlumat yayıb.
Küveyt Milli Neft Şirkətinin (KNPC) baş direktoru Şeyx Navaf Səud əl-Sabah dövlətin istehsalçılar və istehlakçılar arasında maraqlar balansını saxlamaq istəyini təsdiqləyib və birləşmə qərarını alqışlayıb.
İraqın dövlət neft şirkəti SOMO hesab edir ki, OPEC+ qərarları iqtisadi göstəricilərə əsaslanır və peşəkar, obyektiv və yekdilliklə qəbul edilir.
Omanın Enerji və Təbii Sərvətlər Nazirliyi bildirib ki, OPEC+ qərarları yalnız bazarda tələb və təklifin reallıqlarına əsaslanır.