Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Musavat.com xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək "Roma" (İtaliya) - "Lion" (Fransa) matçının UEFA nümayəndəsi olacaq.
A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərindəki "Tre Fontane" stadionunda baş tutacaq.