Könül Kərimova ilk sevgisindən danışdı

Əməkdar artist Könül Kərimova ilk sevgisindən danışıb.

Musavat.com axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə "Rəngarəng səhər" verilişində qonaq olarkən söhbət açıb. O, ilk sevgisini məktəb illərində yaşadığını bildirib:

"Məktəb illərimdə sevdiyim bir oğlan olub, amma qovuşmamışıq. Sevdiyini deməmişdi, o vaxtlar belə şey yox idi, amma mən bilirdim. Biri-birimizi uzaqdan sevirdik. Mənim ailəm sevgi üzərində qurulmayıb".

Qeyd edək ki, Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Onlar 30 illik evlilikdən sonra boşanıblar.

21.03.2024 15:00
1530