Türkiyənin məşhur müğənnisi Alişan konsertinə gedərkən yolda pisləşib və xəstəxanaya aparılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məşhur müğənninin konseri Eskişehirin Sivrihisar rayonunda baş tutacaqmış. Məlumata görə, qarın nahiyəsində şiddətli ağrılar yaşayan Alişanın appendisitdən təcili əməliyyat olunacağına qərar verilib.
Hadisə ilə bağlı müğənni özü sosial media hesabında paylaşım edib.
"Sivrihisar konsertinə gedərkən sağ tərəfimdə dözülməz ağrı ilə Bursada təcili yardıma gəldik. Tomoqrafiya və qan analizləri nəticəsində həkimlərimiz dedilər ki, bu gün appendisit əməliyyatı olunmalıyam. Təəssüf ki, Sivrihisar konserti bu gün üçün qismət olmadı. Sizə söz verirəm, əməliyyat olunan kimi nə vaxt istəsəniz gələcəm", - Alişan sosial şəbəkə hesabında yazıb.
Musavat.com