ABŞ-a Ağ Evin rəhbəri Co Bayden deyil, prezident administrasiyası rəhbərlik edir,
Musavat.com xəbər verir ki, bunu respublikaçı konqresmen Endi Biqqs “Fox Business”-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, hər kəs Baydenin zehni qabiliyyətlərini, eləcə də koqnitiv pozulmalarını görür. “Hər kəs Baydenin həqiqətən ölkə başçısı olmadığını hiss edir”, - nəşrin həmsöhbəti bildirib.
Biqq deyib ki, ABŞ-da bir çox insan onun yanına gəlib ölkəni həqiqətən kimin idarə etdiyini soruşur.
Respublikaçılar partiyasından olan konqresmen yekunlaşdırıb: "Bu, onun kabinetidir. Onların hər biri öz mülkündə hökmranlıq edir".
Qeyd edək ki, respublikaçı siyasətçilər son vaxtlar çıxışlarında əsas vurğunu Baydenin yaddaşına, qeyri-adekvat hərəkətlərinə salırlar.
Musavat.com