Konor Makqreqor prezident olmaq istəyir: “Şarlatanlar hesaba çəkiləcək”  

Konor Makqreqor İrlandiya prezidenti postuna namizədliyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, keçmiş UFC çempionu deyib ki, “İrlandiyanın aktiv xalq prezidentinə ehtiyacı var” və o, 2025-ci ildə “yeganə məntiqli seçimdir”.

“Prezident kimi mənim həm parlamentin aşağı palatasını çağırmaq, həm də onu buraxmaq səlahiyyətim olacaq. Yüksək vəzifələrdə olan şarlatanlar hesaba çəkiləcək”- Konor Makqreqor bildirib.

06.09.2024 10:27
642