Aktyor Müşviq Şahverdiyev həmkarı Fərda Xudaverdiyevlə barışdığını açıqlayıb.
Musavat.com axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "El canlı" verilişində danışıb. O, sənəd adamları ilə tez-tez küsüb barışması haqda suala belə reaksiya verib:
"Bu camiyədə tək mən yox, hamı küsür və barışır. Normal haldır. Fərda ilə barışmışıq. Növbəti küsülülüyüm 2025-də olar. Hələ bir yerdəyik".
Qeyd edək ki, bir müddət əvvəl Fərda açıqlamasında Müşviqlə küsülü olduqlarını deyib.