Xəbər verdiyimiz kimi, Bakıda diş çəkdirməyə gedən uşaq narkoz verildiyindən komaya düşüb.
Uşağın beyni 4-5 dəqiqə oksigensiz qalıb və beyninin bir hissəsi zədələnib. Hazırda 11 yaşlı qız komadadır.
11 yaşlı Xədicənin atası Zamin Babayev News24.az-a açıqlamasında bildirib ki, Xədicənin səhhətində hələ də müsbət irəliləyiş yoxdur:
"Vəziyyətində dəyişiklik yoxdur, şüuru açılmır".
Xatırladaq ki hadisə fevralın 21-də baş verib.