Kökəlmək üçün preparatlar ölkəyə NECƏ GƏTİRİLİB? - VİDEO

İstifadəsi qadağan edilsə də  qanunsuz  yollarla ölkəyə  gətirilib,satılır. İnsanların həyat və sağlamlığı üçün ciddi fəsadlara yol aça bilir. Söhbət Samyun Van prepartından gedir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi tərkibində kimyəvi təhlükəli maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib. Qurum tərəfindən bioloji aktiv qida məhsullarının satışı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar və mediada dərc olunan məlumatlar müvafiq qaydada təhlil edilərək araşdırmalar aparılıb. Agentliyin mətbuat katibi İlkin Kərimov bildirib ki araşdırmalar zamanı xoşagəlməz nəticələr əldə edilib.

İnsan sağlamlığı üçün təhlükəli olan sözügedən preparatın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi ehtimal edilir.

Mətbuat katibi əlavə edib ki, agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

03.12.2023 20:37
940