Köhnə avtomobili olanlar üçün VACİB XƏBƏR - BAŞLANILDI

İlk yayın vaxtı 20:53

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanılıb.

Bu barədə "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır.

Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Uçotdan çıxarıldıqdan və utilizatora təhvil verildikdən sonra nəqliyyat vasitəsini təhvil verən şəxsə yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd verilir.

26.10.2024 02:58
5304