Aprel ayında Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Musavat.com xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) son hesabatında deyilir.
Kofe dənlərinin qiyməti ay ərzində 16,8 faiz artaraq 1 funt üçün 1,94 dollara çatıb. Hesabatda deyilir ki, dünyanın ən böyük robusta istehsalçısı olan Vyetnamın kənd təsərrüfatı ərazilərində quraqlıq və istilər fonunda məhsul bahalaşmaqda davam edir.
“Sucafina” şirkətinin analitiki İlya Byzovun dediyinə görə, qəhvənin qiymətinin bahalaşmasının digər səbəbi qiymətlərin düşməsini gözləyərkən ehtiyatları tükənmiş qovrulducuların irihəcmli alışlarının b bazarda yaratdığı təlaş ola bilər.
Bundan əvvəl Milli Qəhvə Assosiasiyası qlobal robusta tədarükünün qaçılmaz azalacağını proqnozlaşdırmışdı. Payızın əvvəlində onun 20 faiz azalması gözlənilir.
Musavat.com