Son 30 ilin statistikası göstərir ki, müharibədə qalib gələn Ermənistan əhalisinin sayı azalaraq 2 milyon həddinə düşdü. Halbuki, ölkə həm müharibədən qalib çıxmış, həm iri miqdarda ərazi əldə etmiş, həm də bir milyona qədər Azərbaycan türkünün şəxsi mülkiyyətini qəsb etmişdi.
Tendensiya sonrakı illərdə daha kəskin xarakter almaqla ortaya tərsinə mənzərə çıxarmış oldu.
İşğal edilən 16 min kvadratkilometr ərazini məskunlaşdırmaq mümkün olmadı. Azərbaycan ordusu bəzən on kilometrlərlə məsafədə yaşayış əlamətlərinə rast gəlmədi. Ən güclü silah insan amilidir ki, Ermənistanda o da yox idi.
Maraqlıdır ki, DQMV-nin əhalisinin saxtalaşdırılma nəticəsində elan edilən əhali sayı 120-150 min civarında göstərilsə də, 10 noyabr 2020-ci ildən sonra məlum oldu ki, bölgədə cəmi 27 min əhali var.
Kiçik bir müqayisə verək: Qərbi Azərbaycandan qaçqın düşənlərin sayı 750 min nəfərdən yuxarı hesablanır, 30 ildə Ermənistandan köçən əhalinin sayı bundan iki dəfə artıqdır - yəni 1,5 milyon nəfərə çatıb.
Rəqəmlərin gedişatı və ilkin müqayisə göstərir ki:
Birincisi, ermənilər çox asanlıqla köçə bilir.
İkincisi, bu onların milli metaforalarını, köç milli arxetiplərini təşkil edir.
Vaxtilə, xüsusən Türkmənçay müqaviləsindən sonra bölgəyə köçürülən ermənilərin əsasən İran və Türkiyədən nəqliyyat vasitəsi kimi bütün yükünün bir ədəd eşşək üzərində cəmləşməsi - palan üzərində dövlət quranların ilkin yaddaqalan müşahidəsi idi.
Əksəriyyəti müsəlman-türk bölgəsində çərçilik edir, xırdavat, saqqız satır və ya qaratikan kollarını qırıb, çəpər salınması üçün yerli əhaliyə satışı ilə məşğul olurdu.
İkincisi, onların torpağını əlindən alıb yerinə məskunlaşdıqları yerli əhalinin vəziyyəti isə çox fərqli idi.
Tarixin bütün dövrlərində yerin altını qazmaqla isbat etmək mümkün idi ki, min illərdir bu ərazinin sahibi Azərbaycan türkləri idi.
Müqayisə: 1-2 əsr əvvələ aid bölgədə ermənilərin izinə rast gəlmək mümkün deyil. Bizim əcdadlarımızın isə qəbirləri dağılsa belə, əl işləri və ya sümükləri tarixin ən böyük nişanəsi idi.
Üçüncüsü, milli tariximizin yeganə köç hərəkatı arandan-yaylağa tərəkəmə adətlərinin icrası idi. Amma ermənilərdə vətən anlayışının olmaması və Beyrut-İrəvan-Paris-Los-Anceles arasında dövran edən köç sirkulyasiyası ən böyük sübutdur.
- Dördüncüsü, köç mədəniyyəti ilkin görüşlərdə insanın "cildini dəyişməsi" – ömrünü gerçək aləmdə başa vurub, kənar dünyalara yola düşməsi kimi yozulurdu. Van Gennepin yaxşı sənədləşdirilmiş "Dəyişmə mərasimləri" ("rites de passage") təlimində göstərilirdi ki, "Tez-gec tayfanın və fərdin fəaliyyətində (bu iki aspekt arasında fərq qoyulmurdu) əsaslı şəkildə başqalaşma hadisəsi baş verir, həyat bir formadan digərinə keçir. Daha doğrusu, insan ölən andaca yeni keyfiyyətdə təzədən doğulur".
Maraqlıdır ki, biz köç və mədəniyyət anlayışları ilə ermənilər arasında ciddi antoqonizm görürük. Onlar müvəqqəti məskunlaşma, barbarlıq, vandalizm kimi "siqan" düşüncəsini əxz ediblər. Buna görə iki davranış modelini mənimsəyiblər:
1. Rahat köçmə;
2. Tərk etdiyi yeri xarabaya çevirmək.
Beşincisi...
Toplumun ayrı-ayrı üzvlərinin həyatındakı keçid halları yaxınlaşanda uyğun mərasimlər təşkil olunur, həyatı dəyişən şəxsin "yola salınması" qəribə adətlərlə (qanının, yaxud ətinin yeni doğulanlar arasında "paylanması" kimi) gerçəkləşdirilirdi. Mərasimlər həm magik (belə mərasimlərdə hadisənin istənilən, arzu olunan şəkildə tamamlanması ekstaz yolu ilə təmin edilirdi), həm də təqlidi (sadəcə olaraq hadisə rəqs, mahnı və obrazlar halında – insan terminləri vasitəsi ilə canlandırılırdı) xarakterdə qurulurdu. Əslində ilkin mədəniyyətlərdə magiya və təqlid bir-birindən ayrılmaz formada təzahür edir, lakin simvollar təkcə təqlidi rituallarda özünə geniş yer alırdı. Bəs yurdunu dəyişib, köçənlər necə?
Biz bu tarixi iki dəfə yaşamışıq. Ən son əşyalarını, evini, mal-qarasını Qərbi Azərbaycanda, Qarabağda qoyub, gələnlərin təkcə ümidi vardı. Qayıdanda isə həmin ümidə söykənib, Ağalı kəndinə zurna-balabanla, el şənliyi ilə qayıdış başladı.
Ermənilər isə nə gələndə, nə gedəndə bunu yaşaya bildilər - bütün həyatlarını və tarixlərini eşşək yükündən "Niva" markalı maşınlara dəyişməklə bircə mahiyyətlərini dəyişə bilmədilər.
Biz yallı ilə döndük, onlar özgə torpaqlarında ata-babalarının çərçi stixiyası ilə başqa bir qapıya üz tutmaq üçün ayrılırlar.
Əziz Əlibəyli, STM əməkdaşı
Xüsusi olaraq Musavat.com üçün