Ermənistanın Qarabağdakı qanunsuz rejimi tərksilah edilib və Azərbaycandan çıxarılıb.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
O, vurğulayıb ki, bu, Ermənistan-Azərbaycan sülh sazişi üçün maneələri aradan qaldırır. “Biz bunun iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoyulması və Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip əsasında dayanıqlı sülh inşası üçün tarixi fürsət olduğuna inanırıq”.
Hikmət Hacıyev Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu tərəfindən həll edilməli olduğunu, lakin bunun baş vermədiyini xatırladıb: “Məqsədi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını saxlamaq olduğundan Minsk Qrupu Həmsədrlik İnstitutu uğursuzluğa düçar oldu. Biz hərbi işğala və təcavüzə son verdik.
Ona görə də, Azərbaycan indi Ermənistanla sülh və normallaşma əlaqələrini prioritet götürür. Lakin istənilən sülh prosesi iki tərəfin iştirakını tələb edir. Ermənistan pozitiv və yaxşı niyyət nümayiş etdirməlidir. Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik, lakin onlar iki aydır ki, reaksiya vermirlər”.
BMT-nin Beynəlxalq Məhkəməsi qərar çıxarıb ki, Azərbaycan Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmalır.
Rəsmi Bakı bunu etməyə hazır olduğunu əvvəldən bəyan edib. Buna baxmayaraq, “Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir” məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil, əslində onları “qaçqın” elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Burada məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir.
Qərarda diqqətçən bir məqam da var: Azərbaycan Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.
Ermənistan parlamentinin iclası başlamazdan əvvəl müxalif “Ermənistan” bloku Robert Köçəryanın başçılığı ilə geniş tərkibdə iclas keçirib. “Joqovurd” qəzeti məlumat yayıb. Bildirilir ki, görüşdə “Ermənistan” fraksiyasının taktikası ilə bağlı məsələlər müzakirə olunub. Görüşlə bağlı məlumatı deputat Aqnesa Xamoyan da təsdiqləyib.
“Bəli, “Ermənistan” fraksiyasının deputatları “Ermənistan” alyansının rəhbəri, ikinci prezident Robert Köçəryanla görüşüblər. Məlumatınızı təsdiq edirəm, onu da vurğulamaq istəyirəm ki, burada təəccüblənəcək heç nə yoxdur, çünki belə görüşlər dövri xarakter daşıyır”.
Xatırladaq ki, Robert Köçəryanın oğlu Levon Köçəryan noyabrın 6-da Milli Assambleyanın deputatı mandatı alıb və artıq noyabrın 14-də and içərək parlamentin səlahiyyətlərini rəsmən qəbul edib.
Erməni ekspertlər iddia edirlər ki, Köçəryan Paşinyanı devirmək üçün fəaliyyətə başlayıb. Plan isə budur: Paşinyanı devirib, Köçəryanın oğlunu hakimiyyətə gətirmək. Bu yöndə ona Rusiyanın da dəstək verdiyi iddia olunur. Görüşdə də bu fəaliyyətdən irəli gələcək taktiki gedişlər müzakirə olunub.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı Azad Vətən Partiyasının sədri Akif Nağıdır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat