Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində zəhərlənmə səbəbilə 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Musavat.com-un məlumatına görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Musavat.com-a bildirib ki, zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib:
“Zərərçəkənlərin vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”.
Nigar HƏSƏNLİ,
Musavat.com