Kiyevdə partlayış səsləri eşidilib, Ukraynada hava hücumu xəbərdarlığı elan edilib

Kiyevdə güclü partlayışlar baş verib. Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

"Bu, "MiQ-31K" qırıcısının Nijni Novqorod vilayətində yerləşən Savasleyka aerodromundan havaya qalxması ilə əlaqədardır. Bütün Ukrayna üçün raket təhlükəsi var", - Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.

Xəsarət alanlar və yaralananlar barədə rəsmi məlumat yoxdur.

14.12.2023 18:50
307