Kiyev və Lvovda partlayışlar oldu

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Kiyev meri Vitaliy Kliçko şəhərdə infrastruktur obyektinə zərbə vurulduğunu bildirib. 

Sosial şəbəkələrdə paytaxtda baş verən partlayışların ilkin görüntüləri paylaşılıb.

Bununla yanaşı, Ukraynanın Lvov şəhərində də partlayışlar baş verib. Şəhərin bəzi hissələrində elektrik verilişində fasilələr yaranıb. 


23.11.2022 17:00
660