Kreml atəşkəs oyunu ilə Ukraynanı çətin vəziyyətə saldı.
Musavat.com xəbər verir ki, Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Ukraynanın faktiki olaraq Pasxa atəşkəsini tanımağa məcbur qaldığını bildirib. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin gözlənilmədən irəli sürdüyü atəşkəs təklifindən sonra çıxılmaz vəziyyətə düşüb.
Puşkovun fikrincə, bu təşəbbüs Kiyev üçün “qeyri-adi və hazırlıqsız” bir situasiya yaradıb: “Ukrayna tərəfi ya atəşkəsə razılaşmalı, ya da sülhü rədd edən tərəf kimi görünməli idi. Nəticədə, faktiki olaraq atəşkəsi tanımalı oldular".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl pravoslav Pasxası ilə əlaqədar müvəqqəti atəşkəs təşəbbüsü ilə çıxış etmişdi.
Bu təşəbbüs beynəlxalq miqyasda da rezonans doğurmuşdu.
Musavat.com