Kiyev ABŞ telekanalından üzrxahlıq tələb edir.
Musavat.com xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxinin sözlərinə görə, Kiyevi Rusiya şəhəri kimi təsvir edən proqram yayımlayan “Fox News” Ukraynadan üzr istəməlidir.
Məlumat üçün bildirək ki, ABŞ-nin “Fox News” telekanalı Pasxa bayramı ilə bağlı görüntülər yayımlayarkən Ukraynanın paytaxtı Kiyevi Rusiyanın şəhəri kimi təqdim edib.
Cavanşir ABBASLI
Musavat.com