“Tavuşda kəndlərin geri qaytarılması müharibəni gecikdirməyəcək, əksinə, Azərbaycanın mövqeyini gücləndirəcək və müharibəni yaxınlaşdıracaq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşündə yerli politoloq Argişti Kiviryan deyib.
“Ermənistanın kifayət qədər ciddi şəkildə möhkəmləndirilən yeganə mövqeləri Tavuşda yerləşir, müharibə olarsa, ölkənin müdafiə qabiliyyətini ciddi şəkildə gücləndirə və Azərbaycana problem yarada bilərlər. Paşinyan digər sahələrdə də eyni şəkildə mövqelərini gücləndirmək əvəzinə, az-çox möhkəmlənmiş mövqelərini təslim etməyə çalışır.
Nikol Paşinyan sadəcə olaraq Bakının tələb etdiyi növbəti güzəştə gedir. Əgər xəritələr belə razılaşdırılmayıbsa, hansı delimitasiyadan danışırıq?”, - deyə Kiviryan bildirib.
Onun sözlərinə görə, artıq müstəqil Ermənistan yoxdur, hakimiyyət İrəvanı Bakının əlavəsinə çevirib.
Musavat.com