KİV: Kanada müdafiə sektorunda ABŞ-dən asılılığını Aİ-nin hesabına azaltmaq istəyir

Kanada hökuməti ölkənin müdafiə sektorunda ABŞ-dən asılılığını azaltmaq üçün Avropa İttifaqı (Aİ) ilə məsləhətləşmələr aparır.

"Report"un xəbərinə görə, bu barədə Kanada hökumətindəki mənbəyə istinadən “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Xüsusilə, bu, silahların, o cümlədən döyüş təyyarələrinin və digər hərbi texnikanın Avropada alınmasına aiddir. Kanadada Avropa qırıcıların hissələrinin yığılması üçün obyektlərin tikilməsi məsələsi də müzakirə olunur.

20.03.2025 10:27
249