Məlum olduğu kimi, paytaxtda X Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Bakı Ekspo Mərkəzində keçirilən sərginin 4-cü günüdür.
Musavat.com sərgidə iştirak edən tədqiqatçı tarixçi, yazar Dilqəm Əhmədlə əlaqə saxlayıb, sərginin gedişatı ilə maraqlanıb:
“Sərginin artıq üç günü arxada qaldı. Əvvəlki illərlə müqayisədə üç gün çox zəif keçdi. Oxucu sayı çox azdır. Təşkilati məsələlərdə problem yoxdur. Nazirlik sərginin yaxşı baş tutması üçün hər şeyi edib. Şəhərin üç yerindən pulsuz avtobuslar gəlir. Məkan da geniş və səliqəlidir. Uzaqlıq məsələsi məncə, bəhanədir. Bakıda uzaq yer anlayışı yoxdur. İldə bir dəfə baş tutan belə sərgiyə gəlmək vacib olmalıdır. Əsas ümidimiz şənbə və bazar günlərinədir. İstirahət günlərinə görə böyük axının olacağını düşünürük. Nəşriyyatlar kifayət qədər yaxşı hazırlaşıblar, hamıda ortalama 30 faiz endirim var. Yerli və xarici müəlliflərin imza günləri var. Tək şikayətimiz oxucu azlığıdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com