İstanbulda özəl xəstəxanalardan birində əməliyyat olunan kişinin xəbəri olmadan mədəsi çıxarılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə İstanbulda özəl xəstəxanalardan birində şəkər xəstəliyi üçün həkimə gedən Murat Polatın mədəsi əməliyyat zamanı ondan xəbərsiz çıxarılıb.
Əməliyyatdan sonra 6 ayda 17 kilo arıqlayan xəstə mədəsinin bir parçasının çıxarıldığını başqa həkimə gedəndə öyrənib.
Hadisədən sonra o, özəl xəstəxananın həkimini şikayət edib.